Kaxovka SES-də baş verən partlayışın məsuliyyətini Rusiya və onun “kuklaları” daşıyır.
AzerTimes xəbər verir ki, bunu AB Şurasının Prezidenti Şarl Mişel deyib.
Mişel bildirib ki, sözügedən hadisəyə görə şokdadır:
“Mülki infrastrukturun məhv edilməsi açıq şəkildə müharibə cinayəti kimi təsnif edilir və AB Rusiyanı və onun “kukla”larını məsuliyyətə cəlb edəcək”.