Rusiya və İran 2023-cü ilin yanvarın 1-dən qrup turist səfərləri üçün vizasız rejim tətbiq edəcək.
AzerTimes xəbər verir ki, bu barədə İran Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Rejimin 5 nəfərdən 50 nəfərə qədər qruplar üçün keçərli olacağı bildirilir. Bu barədə saziş İran-Rusiya Turizm Texniki Komitəsinin ikinci iclası zamanı imzalanıb.