Rusiya və İran “hərtərəfli” sazişə hazırlaşır

Rusiya və İran “hərtərəfli” sazişə hazırlaşır

Tehran və Moskva 2022-ci ilin sonuna qədər hərtərəfli əməkdaşlıq sazişi imzalayacaq.

AzerTimes xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Bu müqavilə ilin sonuna qədər Tehranda və ya Moskvada imzalanacaq”, – nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə Səmərqənddə keçirdiyi görüşdə İranla yeni saziş üzərində aparıılan işin son mərhələdə olduğunu açıqlamışdı.

Teqlər: