Rusiya və Fransa prezidentləri Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin Fransalı həmkarı Emmanuel
Makronla telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti
müzakirə edib.

Trend xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti
yayıb.

Qeyd olunur ki, söhbət zamanı Rusiya və Ukrayna nümayəndələri
arasında danışıqların gedişi ilə bağlı fikir mübadiləsi
aparılıb.

“Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti
Emmanuel Makron arasında telefon danışığı olub. Ukrayna ətrafındakı
vəziyyət, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında davam
edən danışıqlara dair ətraflı fikir mübadiləsi davam etdirilib”, –
məlumatda deyilir.

Teqlər: