Rusiya və Fransa prezidentləri Ukrayna böhranını müzakirə ediblər

Rusiya və Fransa prezidentləri arasında telefon danışığı
olub.

Trend Kremlin
mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putin Emmanuel
Makronu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Tərəflər arasında Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub.
Rusiya Prezidenti BMT-nin baş katibi Antoniu Quttereş ilə görüşünün
nəticələri barədə qarşı tərəfə məlumat verib, Rusiyanın Ukrayna ilə
danışıqlara açıq olduğunu bildirib.

E.Makron qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında
problemlərdən narahatlıq ifadə edib. Tərəflər dialoqu davam
etdirmək barədə razılığa gəliblər.

Teqlər: