Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Kreml mətbuat xidməti bu barədə məlumat yayıb.
Liderlərin Qarabağ münaqişəsini müzakirə etdiyi və ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinin davam etdirilməsi barədə razılığa gəldiyi bildirilib.
Həmçinin Makronla Putinin koronavirusla mübarizədə birgə əməkdaşlıq məsələlərinə də toxunduqları qeyd edilib.