Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və
Ararat Mirzoyan arasında telefon danışığı keçirilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya XİN-in açıqlamasında
deyilir.
Qeyd olunub ki, nazirlər Ermənistanla Azərbaycan arasında sülh
müqaviləsinin razılaşdırılması perspektivlərini müzakirə
ediblər.
“Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10
noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il
razılaşmalarının icrasının gedişatı barədə fikir mübadiləsi aparıb.
Regionda nəqliyyat kommunikasiyalarının açılması və
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə gələcək
addımlar diqqətə alınıb. Həmçinin, Rusiyanın köməyi ilə İrəvanla
Bakı arasında sülh müqaviləsinin razılaşdırılması perspektivləri
müzakirə olunub”, – nazirliyin məlumatında deyilir.