Kollektiv Qərb Rusiya, Çin və digər inkişaf etməkdə olan ölkələrə qarşı hərəkət edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Çin Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının direktoru Vanq Yi ilə görüşündə deyib.
“Qərbin Ukraynada başlatdığı qanlı əməliyyatlar sadəcə nümunələrdən biridir. Bütün bunlar Rusiya, Çin və inkişaf etməkdə olan ölkələrə zərər vermək üçün edilir”, – deyə o bildirib.
O qeyd edib ki, Rusiya və Çin daha ədalətli dünya düzənindən yanadır.