Belarus və Rusiya “Birlik qalxanı – 2023” birgə əməliyyat hərbi təliminin keçirilməsi üçün hazırlıqlara başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarus müdafiə naziri Viktor Xreni məlumat verib.
“Biz Rusiya və Belarus ordusunun “Birlik Qalxanı-2023” birgə əməliyyat təlimi konsepsiyasının əsaslarını müzakirə edəcəyik ki, bu da hərbi komandanlıq və nəzarət orqanlarının və qoşunların birgə təliminin əsas hadisəsinə çevriləcək”, – nazir bildirib.