Rusiya və Azərbaycan rabitə və İT sahəsində əməkdaşlıq sazişi imzalayıb

Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və Azərbaycanın Nəqliyyat, rabitə və Yüksək Texnologiyalar Nazirliyi rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq barədə saziş imzalayıb.

AzerTimes-ın məlumatına görə, imzalanma mərasimi iki ölkənin baş nazirləri Mixail Mişustin və Əli Əsədovun görüşünün yekununda baş tutub.

Görüş çərçivəsində, həmçinin Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti ilə Azərbaycanın Əqli Mülkiyyət Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: