Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə imkan yaradacaqlar

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında”
Bəyannamə imzalanıb.

Trend xəbər verir ki, Bəyannaməyə əsasən, Tərəflər qarşılıqlı
hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına
birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı
uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir
münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.


Teqlər: