Rusiya və Azərbaycan neft tankerlərini birgə inşa edəcəklər.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib.
“Rusiya Birləşmiş Gəmiqayırma Şirkəti Bakı Gəmiqayırma Zavodu ilə birlikdə neft məhsullarının daşınması üçün müasir çay-dəniz tankerlərinin istehsalına başlayır. Bu gəmilərin Azov-Qara dəniz və Xəzər marşrutlarında istifadəsi dünya bazarlarına enerji resurslarının tədarükünü xeyli artıracaq”, – Putin bildirib.