Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində
təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə,
müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin
qarşısını qətiyyətli surətdə alacaqlar.
AzerTimes xəbər verir
ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini
tapıb.
Bəyannamədə qeyd edilib ki, tərəflər milli maraqlara cavab verən
və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi
əməkdaşlığı inkişaf etdirirlər.
Bildirilib ki, tərəflər Rusiya Federasiyasının və Azərbaycan
Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş
hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla
qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi
əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.