Rusiya və Azərbaycan enerji resurslarının nəqlində əməkdaşlığı dərinləşdirəcək

Rusiya Federasiyası və Azərbaycan Respublikası ərazilərindən
keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və
fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində
bir-birinin səylərini dəstəkləyəcək.

AzerTimes xəbər verir
ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini
tapıb.

Bəyannamədə qeyd edilib ki, tərəflər intellektual nəqliyyat
sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat
qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını,
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və
tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin
edilməsini hədəfə alıblar.

Bildirilib ki, tərəflər onların ərazilərindən keçən beynəlxalq
nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz
fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin
səylərini dəstəkləyəcək və bir-birinə milli qanunvericilik və
ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün
əlverişli şərait yaradacaqlar.

Həmçinin, bəyannamədə Rusiya Federasiyası və Azərbaycan
Respublikası bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq
enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji
təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı
fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən
səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla
neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının
nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji
mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı
dərinləşdirmək niyyətində olmaları da diqqətə çatdırılıb.

Teqlər: