Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında”
Bəyannamə imzalanıb.
Trend xəbər verir ki, Bəyannaməyə əsasən, Tərəflər atom enerjisindən
dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın
inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.