Rusiya və Azərbaycan alimləri Xəzərin tədqiqatı sahəsində əməkdaşlıq edəcəklər

Rusiya və Azərbaycanın elmi təsisatları Xəzər regionunda
tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

Trend TASS-a
istinadən xəbər verir ki, müvafiq saziş mayın 11-də Moskvada “Xəzər
dialoqu” Beynəlxalq Assambleyası çərçivəsində imzalanıb.

Saziş Rusiya, Azərbaycan və Xəzər regionunun digər ölkələrində
yerləşən təşkilatlar arasında elmi, texnoloji, innovasiya və təhsil
sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Bura, həmçinin birgə tədqiqatlar, Xəzər dənizinin səviyyəsinin
öyrənilməsi, Rusiya və Azərbaycanın sularında ekoloji monitorinq
məsələləri daxildir.

Sazişin həyata keçirilməsi üçün məsləhətləşmələrin aparılması,
eləcə də ekspert qruplarının yaradılması, elmi-texniki əməkdaşlıq
məsələlərinə həsr olunmuş informasiya və analitik materialların
buraxılması, internet resurslarının və çap nəşrlərinin inkişafı
nəzərdə tutulur.

Teqlər: