Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı
olub.

Trend Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla
xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı
həmkarı Lloyd Ostin ilə aktual beynəlxalq məsələləri, o cümlədən
Ukrayna ətrafında vəziyyəti müzakirə edib.

Bu, nazirlərin fevralın 18-dən sonra ilk ünsiyyətidir.

Pentaqonun yaydığı məlumata görə, ABŞ rəsmisi Ukraynada atəşin
dərhal dayandırılmasına çağırıb və Rusiya ilə əlaqələrin davam
etdirilməsinin vacibliyini vurğulayıb.