Rusiya Ukraynaya yenidən kütləvi hücuma keçdi

Rusiya Ukraynaya yenidən kütləvi hücuma keçdi

Bu gün (ötən gün saat 23:45 – red.) Ukrayna səmasında Rusiya hücum pilotsuz təyyarələri yenidən aşkarlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, Vinnitsa, Kiyev, Çerniqov, Sum, Poltava, Çerkassı, Kirovoqrad, Xarkov, Dnepropetrovsk, Donetsk, Zaporojye vilayətlərində, həmçinin Nikolayev, Xerson və Odessa vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Qeyd edək ki, ötən gün Rusiya 127 raket və 109 PUA ilə hücum etmişdi.

Teqlər: