Rusiyalı mütəxəssislər Kiyevə təhvil verilmiş Qərb silahlarını diqqətlə öyrənirlər və artıq onlarla necə davranacaqlarını, mübarizə aparacaqlarını bilirlər.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Təbii ki, bununla bizim elmimiz də, sənayemiz də məşğuldur. Biz iki tərəfdən baxırıq. Birincisi, bu silahlarla mübarizənin mümkünlüyü, onlara necə və nəyin qarşı çıxa biləcəyidir. Digər tərəfdən, onu necə vurmaq olar, onun əsas çatışmazlıqları nədir. Kifayət qədər uğurla iş gedir”, – Şoyqu bildirib.
Onun sözlərinə görə, M-777 haubitsaları ağır təmir ediləndir:
“Javelin” də bura daxildir. Onun atış məsafəsi bizim “Kornet”dən iki dəfə aşağıdır”.