Rusiya ordusu Ukraynaya eyni anda üç istiqamətdən yeni zərbələr hazırlaya bilər.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bu yolla Kreml hücum illüziyası yaratmağa və Belarusu daha da genişmiqyaslı işğala cəlb etməyə çalışacaq. Biz Rostov və Taqanroq vilayətində texnika və silahlarla dolu qatarları müşahidə etdik. İndi də Belarusdan bizim sərhədimizə, Brest vilayətinə doğru hərəkət edən qatar var. Bu o deməkdir ki, Rusiya eyni anda üç istiqamətdə yeni zərbələr hazırlaya bilər”, – o bildirib.