Rusiya Ukraynaya raket hücumunu dayandırdı – İlginc səbəb

Rusiya Ukraynaya raket hücumunu dayandırdı – İlginc səbəb

Rusiya Ukraynaya raket atışlarını dayandırıb. Bu, Ukraynanın enerji sektoruna yeni genişmiqyaslı hücuma hazırlıqdan və ya raket çatışmazlığından xəbər verir.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın ZDF nəşri məlumat yayıb.

“Bir həftədən çoxdur ki, Rusiya Ukraynaya yalnız kamikadze dronları və bəzən S-300 yer-yer tipli zenit-raket kompleksləri ilə hücum edib. Eyni zamanda, bir dənə də olsun qanadlı və ya ballistik raket atılmayıb. İki variant mümkün ola bilər: Rusiyanın yeni qanadlı və ballistik raketlərinin istehsalı azalır və bu, mövcud ehtiyatların tükənməsinə gətirib çıxarır. Digər mümkün səbəb isə: Rusiya Ukraynaya böyük hücuma hazırlaşır, ehtimal ki, enerji infrastrukturunu hədəfə alan raketlər yığır”,- analitiklər Kristian Mellinq və Andraş Raç qeyd ediblər.

Teqlər: