Rusiya Ukraynaya qarşı “hava kampaniya”sı başladıb

Rusiya Ukraynaya qarşı “hava kampaniya”sı başladıb

Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu cilovlamaq üçün ölkəyə qarşı “hava kampaniyası”na başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya qüvvələri mayın 28-dən 29-na keçən gecə və mayın 29-u günortadan sonra İran istehsalı olan qanadlı raketlər, pilotsuz uçuş aparatları ilə Ukraynaya növbəti silsilə zərbələr endirib. Rusiya qüvvələri 40 ədəd “X-101/X-555” raketi və 38 ədəd “Şahid-131/136” PUA-sı, eləcə də günorta saatlarında 11 “İsgəndər-M/K” raketi atıb. Eyni zamanda, Ukraynanın hava hücumundan müdafiə sistemi 36 ədəd “X-101/X-555” qanadlı raketini, 30 ədəd “Şahid” pilotsuz təyyarəsini və 11 ədəd “İsgəndər” raketinin hamısını məhv edib. Ukrayna qüvvələri Lvov, Nikolayev və Odessa şəhərləri yaxınlığında raket və pilotsuz təyyarələri də ələ keçirib, Rusiya qüvvələri isə Odessa şəhərindəki liman infrastrukturuna və Xmelnitski vilayətində hərbi infrastruktur obyektinə hücum edib”, – məlumatda deyilir.

Teqlər: