Rusiya Ukraynadakı müharibəyə müdafiəsiz T-62M tanklarının partiyasını ötürür.
AzerTimes xəbər verir ki, bu barədə hərbi-siyasi ekspert Aleksandr Kovalenko sosial şəbəkə hesabında məlumat yayıb.
“Xüsusilə diqqəti çəkən odur ki, tanklar – çılpaqdır, “Kontakt-1” dinamik müdafiəsi yoxdur”, – o bildirib.
Ekspert bunun səbəbi haqda ehtimal irəli sürüb:
“Kontakt-1” qutuları tükənirmi, yoxsa döyüş bölgəsində tanklar o qədər tez lazımdır ki, müdafiəni yaxşılaşdırmaqla məşğul olmağa vaxt qalmır və onlar olduğu kimi göndərilir? Əsas odur ki, düşünmək üçün nəsə var, xüsusən də Putinin “sülh” isterikası kontekstində”.