Rusiya Ukraynaya görə Bolqarıstanda bu şirkəti hədəf alıb

Rusiya Ukraynaya görə Bolqarıstanda bu şirkəti hədəf alıb

Rusiya Bolqarıstanın ən böyük sovet silahları istehsalçısı olan “Emco” konserninə qarşı genişmiqyaslı təxribat kampaniyası aparır.

AzerTimes xəbər verir ki, bunu konsernin sahibi və rusların iki sui-qəsd cəhdindən sağ çıxan bolqar silah maqnatı Emilian Qebrev “Finənşl Tayms”a şərhində bildirib.

Qeyd olunur ki, Bolqarıstanın sovet çaplı güllə və tank mərmiləri istehsalında əsas payı “Emco” şirkətidir və sonradan sursatlar Ukraynaya çatdırılır.

Qebrevin sözlərinə görə, rus diversantları onun fabriklərinə və anbarlarına, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra fəal şəkildə hücum ediblər.

Teqlər: