Rusiya Ukraynanın yaşadığı bütün ağrıları hiss edəcək

Rusiya Ukraynanın yaşadığı bütün ağrıları hiss edəcək

Ukraynada Rusiya ilə müharibənin nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil. Kiyev müharibəni tamamilə haqlı tərəf olaraq yekunlaşdıracaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Bunun necə yekunlaşacağı haqqında biz dəqiq vaxt deyə bilmərik. Bu, çox tez və ya gec ola bilər. Rusiya Ukraynanın yaşadığı bütün ağrıları hiss edəcək. Onlar bu müharibənin əvəzini tam ödəyəcəklər. Nəinki təzminatlarla, nəinki müəyyən əhəmiyyətli itkilərlə, hətta övladlarımızın ərazimizə raket zərbələri endirilərkən hiss etdikləri hər şeyi onlar hiss edəcəklər”, – Podolyak bildirib.

Teqlər: