Ukraynanın İvano-Frankovsk şəhərində Qərb avadanlıqlarının olduğu anqar vurulub. Orada F-16 qırıcılarının olması mümkündür.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
“Raket hücumu təkcə energetika mərkəzlərinə deyil, həm də İvano-Frankovskda yenicə gətirilmiş texnikanın saxlanıldığı anqara da edilib. Müqavimət güclərinin məlumatına görə, orada 2 F-16 saxlanılırdı”, – məlumatda qeyd olunub.