Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini məhv etmək niyyətilə nüvə başlıqları daşımaq üçün nəzərdə tutulmuş qanadlı raketlər buraxır.
AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” yüksək rütbəli ABŞ hərbi rəsmisinə istinadən bildirib.
O bildirib ki, nüvə başlıqları ballastlarla əvəzlənib, onlar da çox zərər verə bilər.
Kəşfiyyat məlumatları ilə bağlı sualı cavablandıran ABŞ rəsmisi jurnalistlərə deyib:
“Bunu şübhəsiz ki, onlar (ruslar – red.) ukraynalıların istifadə etdikləri hava hücumundan müdafiə sistemlərinin təsirini azaltmaq üçün etməyə çalışırlar”.