Gecə ərzində hava hücumundan müdafiə qüvvələri Voronej vilayəti üzərində Ukraynanın 14, Belqorod vilayəti üzərində isə daha 1 ədəd pilotsuz uçuş aparatını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 15 ədəd PUA-nı məhv edib: 14 PUA Voronej vilayəti, 1-i Belqorod vilayəti ərazisi üzərində vurulub”, – məlumatda deyilir.