Rusiya hökuməti işğal etdiyi Ukraynanın Luqansk vilayətinə prioritet və sosial əhəmiyyətli xərclər üçün əlavə olaraq 1 milyard rubldan çox vəsait ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat yayılıb.
“Balanslaşdırılmış regional büdcəni saxlamaq üçün Luqanska 1 milyard rubldan çox vəsait ayrılacaq. Bununla bağlı sərəncam imzalanıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, vəsait regionun prioritet və sosial əhəmiyyətli xərc öhdəliklərini təmin etmək üçün istifadə olunacaq.