Son 24 saat ərzində Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Silahlı Qüvvələrinin “Şimal” qruplaşması Xarkov vilayətinin Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Strelyaçya, eləcə də Ukraynanın Donetsk vilayətinin Keramik qəsəbəsini nəzarətə götürüb.