

Gecə ərzində Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri 49 Ukrayna PUA-sını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, vurulan PUA-lardan 16-sı Voronej vilayəti, 14-ü Belqorod vilayəti, 6-sı Kursk vilayəti, 6-sı Samara vilayəti, 3-ü Mordoviya Respublikası, 1-i Bryansk, 1-i Lipetsk, 1-i Orlov daha biri isə Penza vilayəti üzərində məhv edilib.
Müdafiə Nazirliyi əlavə edib ki, hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını vaxtında alıb.