Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Rostov, Belqorod, Bryansk və Kursk vilayətləri üzərində Ukraynanın 10 ədəd PUA-sını ələ keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ötən gecə Kiyev rejiminin Rusiya ərazisində təyyarə tipli PUA-lardan istifadə etməklə hədəflərə qarşı terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Ukraynaya məxsus 10 ədəd PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. 4 PUA Rostov, 3 PUA Belqorod, 2 PUA Bryansk və 1 ədəd PUA Kursk vilayəti ərazisi üzərində məhv edilib”, – məlumatda deyilir.