Rusiya hərbçiləri Belqorod vilayətində Novaya Tavoljanka yaxınlığında ukraynalı diversantlara artilleriya zərbəsi endirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Düşmənə artilleriya zərbəsi endirilib. Düşmən geri çəkilib”, – deyə bildirilib.
Qeyd edək ki, bəzi Teleqram kanallarının iddialarına görə, Ukrayna diversantları artıq Belqorodda 4 kəndi ələ keçirib, Şebekino ətrafında döyüşlər davam edir.