Rusiyanın Ukraynada işğalı sənaye və aqrar cəhətdən ən inkişaf etmiş bölgələrin ələ keçirilməsinə yönəlib.
AzerTimes xəbər verir ki, bunu ukraynalı politoloq Ruslan Bortnik deyib.
“Rusiya artıq Ukrayna iqtisadiyyatından təxminən 500 milyon dollar və ya daha çox pul oğurlayıb. Yəni Ukrayna ərazilərini qarət etməklə hərbi ziyanını qismən kompensasiya edir”, – Bortnik bildirib.
Bortnik Rusiyanın növbəti hücumlarının Nikolayev, Odessa, Krivoy Roq, Xarkov, Zaporojye və Dneprdə də davam edəcəyini qeyd edib:
“Bu regionları itirsək, demək olar ki, heç bir sənaye və xammal potensialımız, səmərəli beynəlxalq ticarət aparmaq imkanı və nəhəng iqtisadi resurslarımız qalmayacaq”.