Rusiya Donetsk vilayətinin Mirnoqrad şəhərinə KAB bombaları ilə zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Nəticədə yaşayış binası dağılıb. Dağıntılar altında qalanların olduğu bildirilir.
Qeyd edək ki, ötən gün Ukrayna şəhər sakinlərinin təxliyəsinə qərar vermişdi.