Rusiya Ukraynanın Zaporojye şəhərində yaşayış binalarını raket atəşinə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.
“Bir neçə yaşayış binası dağılıb. Dağıntılar altında qalanlar var. İlkin məlumata görə, iki nəfər ölüb. Onlardan biri xəstəxanaya aparılarkən yolda keçinib”, – Starux bildirib.
Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib ki, səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altından 16 nəfəri sağ-salamat çıxara biliblər. 3 nəfərin axtarışı hələ də davam etdirilir.