Rusiya növbəti dəfə Ukrayna ərazisində sükut rejimi elan
edir.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, sükut rejimi yerli vaxtla saat 09:00-da (Bakı
vaxtilə 11:00) tətbiq olunacaq.
Eyni zamanda Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərindən dinc
sakinlərin çıxarılması üçün humanitar dəhlizlərin açılması nəzərdə
tutulur.
Qeyd edək ki, martın 5-də Rusiya tərəfii Ukraynada sükut
rejiminin tətbiq olunduğunu və humanitar dəhlizlərin açıldığını
bildirmişdi.