Rusiyanın Ukraynadakı müharibəsinin necə başa çatması həm Avropa ölkələri, həm də bütün dünya üçün həlledici əhəmiyyət kəsb edəcək.
AzerTimes xəbər verir ki, bunu amerikalı filosof, politoloq Frensis Fukuyama deyib.
Onun sözlərinə görə, müharibənin nəticəsi daha üç ölkəyə birbaşa təsir edə bilər, çünki Kremlin onlara qaşı ərazi iddiası var:
“Başqa ölkələrdə çox şey dəyişə bilər. Amma Rusiya qalib gəlməsi Gürcüstan, Moldova və Qazaxıstana dərhal təsir edəcəcək, çünki Kremlin bu ölkələrin suveren ərazilərinə qarşı iddiaları var”.