Rusiyanın mümkün qələbəsi faciə olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq noyabrın 10-da Berlində Almaniyanın müdafiə naziri Boris Pistoriusla birgə keçirdiyi brifinqdə bildirib.
“Prezident Putin qalib gəlsə, bu, təkcə ukraynalılar üçün deyil, həm də bizim üçün faciə olacaq”, – Alyansın baş katibi vurğulayıb.
Onun sözlərinə görə, NATO Ukraynaya dəstəyini davam etdirməlidir:
“Bu, bizim maraqlarımıza uyğundur”.