Rusiya Ukraynada İran istehsalı bu raketdən istifadə edir

Rusiya Ukraynada İran istehsalı bu raketdən istifadə edir

Rusiya qüvvələri Ukrayna hədəflərini vurmaq üçün İran istehsalı idarə olunan tank əleyhinə raketlərdən istifadə edir.

AzerTimes xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Məlumata görə, sözügedən texnika Rusiyanın “Kornet 9M133” tank əleyhinə idarə edilən raketinin İran versiyası “Dehlavieh”dir.

Qeyd edək ki, İran dövlət mediası “Dehlavieh”in 5500 metrə qədər mənzili olduğunu yazır. Raketin çəkisi 22,7 kq-dır və 1200 mm qalınlığında zirehləri dələ bilir.

Teqlər: