Rusiya Ukraynada ikinci cəbhə açmağa çalışır

Rusiya Ukraynada ikinci cəbhə açmağa çalışır

Rusiya kifayət qədər böyük və yaxşı silahlanmış qruplaşma təşkil edərsə, Ukraynanın şimalında ikinci cəbhə açmağa cəhd edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı ekspert Oleq Jdanov deyib.

O bildirib ki, indi Rusiya Baş Qərargahı Donbas və Xarkovda Ukrayna qüvvələrini mühasirəyə almaq imkanlarını müzakirə edir.

Onun sözlərinə görə, bunun üçün rus qoşunları Sum və Zaporojye-Dnepr istiqamətlərində hərəkət etməlidir:

“Kəşfiyyatımızın məlumatına görə, bu cür planlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında müzakirə olunur. Lakin Zaporojye istiqamətində hələ də bir neçə qoşun varsa, deməli, Sumi istiqamətində heç bir qruplaşma yoxdur”, – ekspert əlavə edib.

Jdanovun sözlərinə görə, bu planı həyata keçirmək üçün ruslar Ukraynanın şimal sərhədlərində ağır texnikası olan 50-70 min nəfərlik qrup yaratmalıdırlar.

Teqlər: