Rusiya Ukraynada hər mənada uduzdu – Milli

Rusiya Ukraynada hər mənada uduzdu – Milli

Rusiya Ukraynaya qarşı səbəbsiz müharibədə strateji, əməliyyat və taktiki cəhətdən uduzdu.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəislərinin sədri general Mark Milli deyib.

ABŞ generalı bildirib ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlamaqla çox böyük strateji səhvə yol verib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti bu qərarı qəbul edərkən qarşısına bir neçə məqsəd qoymuşdu:

“Prezident Vladimir Zelenski və onun hökumətini devirmək, Odessanı, Dnepr çayına qədər hər şeyi və əlavə olaraq, Karpat dağlarına doğru hücuma davam etməklə bütün Ukraynanı ələ keçirmək… Ancaq bu hədəflərdən heç birini çatmadı”.

Teqlər: