Rusiya Ukraynada döyüşənlərlə bağlı araşdırma başladı

Rusiya Ukraynada döyüşənlərlə bağlı araşdırma başladı

Rusiya xüsusi təyinatlıları ukraynalı muzdlular haqqında ətraflı məlumat toplayırlar, artıq 4000-dən çox adamın şəxsiyyəti müəyyən edilib və onlardan bəziləri üzrə uzaqdan araşdırmalar yekunlaşıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

Onun sözlərinə görə, istər Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, istər millətçi, istər radikal, istərsə də xarici muzdlu cinayətə görə məsuliyyət daşıyacaq:

“Nə vaxtsa bu insanlar geriyə baxmalı olacaqlar. Onlar həmişə diqqət mərkəzində olacaqlar. Düşünürəm ki, onların cinayətləri dünyanın bir sıra ölkələrində bəlli olacaq və təkcə Ukraynanın deyil, həm də bu gün Ukrayna üçün muzdlu toplama mərkəzləri kimi xidmət edən özəl hərbi şirkətlərin kimlərlə iş apardığı bəlli olacaq. Hərbi əməliyyatların aparılması üçün Ukrayna ərazisinə hansı şəxsi heyətin göndərildiyi məlum olacaq”.

Miroşnik qeyd edib ki, əcnəbi muzdlular adətən psixi pozuntulardan əziyyət çəkən, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə nifrət edən insanlardır. Onlar zorakılığa, qətlə, qan tökməyə, dinc əhalini ələ salmağa və meyitləri öldürməyə meyllidirlər.

Teqlər: