Rusiya Ukraynada döyüşən ABŞ hərbçisinə hökm oxudu

Rusiya Ukraynada döyüşən ABŞ hərbçisinə hökm oxudu

Rusiya məhkəməsi Ukrayna tərəfində silahlı münaqişədə iştirak etdiyinə görə amerikalı muzdlu hərbçini qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi tərəfindən toplanmış sübutlar məhkəmə tərəfindən ABŞ vətəndaşı, ABŞ Dəniz Piyadaları Korpusunun veteranı 1991-ci il təvəllüdlü Sent Con Maykl-Arturun mühakimə olunması üçün yetərli kimi tanınıb. O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 359-cu maddəsi (muzdluluq) üzrə cinayət törətməkdə təqsirli bilinib”, – məlumatda deyilib.

Rusiya tərəfi Sent Con Maykl-Arturu beynəlxalq axtarışa verib.

Teqlər: