Odessa limanına raket hücumları Rusiyanın Suriyada humanitar yardımları atəşə tutduğu çirkli taktikanın təkrarıdır.
AzerTimes xəbər verir ki, bunu Ağ Ev rəsmisi Con Kirbi deyib.
“Biz bunu əvvəllər də ruslardan görmüşük. Suriyadakı müharibəni xatırlaya bilərsiniz, burada onlar vətəndaşlar və qaçqınlar üçün nəzərdə tutulan humanitar yardım karvanlarına hücum ediblər”, – Kirbi bildirib.