Rusiya Ukrayna təbiətinə nə qədər ziyan vurub?

Rusiya Ukrayna təbiətinə nə qədər ziyan vurub?

Ukraynada ətraf mühitə dəymiş ziyanın təsbiti və hesablanması üçün yeni metodologiya işlənib, ona əsasən Rusiyanın vurduğu ziyan 2 trilyon qrivna həcmində qiymətləndirilir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi deyib.

“Bu, yerin, havanın, suyun çirklənməsi, yandırılmış meşələr, məhv edilmiş təbii sərvətlərdir. Hazırda Ukraynada ən çox meşə əziyyət çəkir. Demək olar ki, 3 milyon hektar meşə sahəsi Rusiyanın təcavüzü nəticəsində zədələnmişdir. Bu, Ukraynanın meşəlik ərazisinin təxminən üçdə biridir. 10 milli park, səkkiz təbiət qoruğu və iki biosfer qoruğu hazırda Rusiyanın işğalı altındadır. 600 növ fauna və 750 növ flora məhv olmaq təhlükəsi altındadır”, – məlumatda deyilib.

Teqlər: