Rusiya Ukrayna taxılını bu yolla daşıyır

Rusiya Ukrayna taxılını bu yolla daşıyır

Ukraynanın Luqansk vilayətinində oğurlanmış taxılın daşınması üçün 70 avtomobil növbəyə dayanıb.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Serqey Qayday məlumat verib.

Onun sözlərinə görə, Starobelsk və Svatovo şəhərlərində işğalçılar “sadələşdirilmiş gömrük nəzarəti zonaları” təşkil ediblər. Oradan taxıl vaqonlara yüklənir və Rusiyaya aparılır.

Qayday qeyd edib ki, rusların dəmir yolu nəqliyyatında problemləri olduğu üçün qatarlar iki gündən bir sərhəd istiqamətində hərəkət edir:

“Əvvəlcə Starobelskdə elevator vasitəsilə taxıl ixracını təşkil etdilər. Bu yaxınlarda isə Svatovodan da göndərməyə başlaybılar. Növbədə 60-70 maşın var. Çünki düşmənin taxıl ixracı üçün təchiz olunmuş cəmi 10 vaqonu mövcuddur”.

Teqlər: