Rusiya hərbçiləri raket zərbələri ilə Ukrayna taxıl anbarlarını və əkin sahələrini məhv etməyə çalışır.
AzerTimes xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk deyib.
“Bütün bunlar “Yujnı” limanının bu gün fəaliyyətə başlaması fonunda baş verir. Məhz oradan Ukraynanın aqrar-sənaye məhsulları olan daha bir gəmi getdi. Görürük ki, Rusiya Türkiyə və BMT ilə bağladığı müqavilələri necə yerinə yetirir. Düşmən zəmiləri vurmağa çalışır, çünki başa düşürlər ki, bu, Ukraynaya öz silahlı qüvvələrini maliyyələşdirməyə kömək edəcək resursdur”, – Bratçuk bildirib.