Rusiya-Ukrayna savaşı: Modi “dövriyyəyə” girir

Rusiya-Ukrayna savaşı: Modi “dövriyyəyə” girir

Hindistan Rusiya və Ukrayna arasında münaqişənin həllində vasitəçilik imkanlarını nəzərdən keçirir.

AzerTimes xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən “Nyu York Tayms” məlumat yayıb.

“Hindistan hökuməti artıq rəsmi Dehlinin uyğun vaxtda sülhməramlı səylərdə hansı rol oynaya biləcəyini müzakirə edir”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, Hindistandan olan iki məmur Fransa Prezidenti Emmanuel Makronun Hindistanın Baş naziri Narendra Modi ilə Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılmasını müzakirə etdiyini, lakin bu ideyanın həyata keçirilmədiyini bildirib.

Qeyd olunur ki, diplomatlar Hindistan, İsrail və BƏƏ-nin birgə vasitəçilik səylərinin mümkünlüyünü də müzakirə ediblər.

Teqlər: