Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək…

Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək…

İndiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə sonlandırmaq mümkün deyil.

AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

Kansler bildirib ki, Rusiya bu prosesə mane olur və Ukrayna ruslara güzəştə getməməlidir:

“Hazırda bizi narahat edən bu qanlı müharibə ilə Putin ilk növbədə, danışıqlar zamanı əvvəllər görülmüş bütün səylərin üstündən xətt çəkib”.

O deyib ki, diktatorlar nəhayət anlamalıdır ki, müstəqil ölkələrin ərazilərini ələ keçirmək mümkün deyil:

“İlk növbədə Rusiya başa düşməlidir ki, diktatura dünyası ideyası işə yaramayacaq. Sadəcə flomasterlə ərazini gəzə və “bura indi mənimdir” deyə bilməzsən. Ona görə də diktatura dünyası olmayacaq, fərqli anlayış olmalıdır”.

Teqlər: